!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Milli Təhlükəsizlik naziri istefaya getdi - Son iş günü açıqlandı

!Reklam – Yazi

ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristyen Nilsen vəzifəsindən istefa verib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb:

“Mən xanım Nilsenə göstərdiyi xidmətlərə görə təşəkkür edirəm” – sitatın sonu.

Ağ Evdən bildirilib ki, bundan sonra onun vəzifəsini müvəqqəti olaraq İmmiqrasiya və Gömrük Xidmətinin rəisi Kevin Makelinen icra edəcək.

Vəzifəsini tərk edən Kristyen Nilsen də bu postda son iş gününü açıqlayıb. O, sonuncu iş gününün 10 aprel tarixində olacağını deyib.

Nilsen 2017-ci ilin sonunda, sələfi Con Kelli Ağ Evin aparat rəhbəri olandan sonra bu vəzifəyə təyin olunub.

Qeyd edək ki, son günlər mətbuatda Donald Trampın Nilsenin fəaliyyətindən narazı olduğu və onu istefaya göndərməyə hazırlaşdığı ilə bağlı məlumatlar yer alıb.

www.yenicag.az

29073
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv