ABŞ Müdafiə naziri “Taliban”la görüşəcək

ABŞ Müdafiə naziri Mark Esper, radikal “Taliban” hərəkatının nümayəndələri ilə danışıqları bərpa etmək üçün bazar günü Əfqanıstana gəlir.

Yenicag.az xəbər verir ki, Pentaqon rəhbəri Əfqanıstan prezidenti Əşrəf Qani ilə də görüşməyi planlaşdırır.

Qeyd edək ki, Esperin Əfganıstana əsas səfərin məqsədi nəhayət barışıq sazişinə nail olmaqdır.