ABŞ müharibə elan etmədən İrana hücum edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə The New York Times (NYT) yazıb.
Nəşr bildirir ki, Bayden Administrasiyası müharibə elan etmədən İrana cavab verməyi nəzərdən keçirir.
ABŞ prezidentinin Administrasiyası amerikalı əsgərlər arasında itkilər olacağı təqdirdə İranla genişmiqyaslı münaqişənin mümkünlüyünü etiraf edib.
Bayden Administrasiyası ABŞ hərbi bazalarına davam edən raket hücumlarına görə İrana mümkün cavabları nəzərdən keçirir.
Eyni zamanda, ABŞ hesab edir ki, əsas vəzifə tammiqyaslı hərbi münaqişədən qaçmaqdır.
Bununla belə, rəsmilər özəl olaraq etiraf edirlər ki, hücumlarda Amerika əsgərləri həlak olarsa, müharibə başlaya bilər.
Qeyd olunur ki, bu, hələ keçilməmiş “qırmızı xətt”dir, lakin belə bir hadisə hər an baş verə bilər.
Xuraman Etibarlı