!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elxan Şahinoğlu: “ABŞ, müttəfiqi olan PKK-ya Türkiyə sərhədindən uzaqlaşmağı tapşırıb” – VİDEO

!Reklam – Yazi

“Amerika Türkiyənin Suriyada təkbaşına hərbi əməliyyat keçirməsinə mane olmaq istəyir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında, ABŞ və Türkiyənin Suriyada birgə patrul əməliyyatı həyata keçirməsini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, Suriya siyasətinə yönəlik mövqelərində ciddi ziddiyyətlər olan ölkələrin bu əməkdaşlığı uzun çəkməyəcək:

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın verdiyi açıqlamada məqsədlərinin terrorçuları neytrallaşdırmaq olduğunu vurğulayıb və zərurət yaranarsa, təkbaşına hərəkət edə biləcəklərini deyib. Türkiyənin məqsədi terrorçu PKK və onun Suriya uzantılarını mümkün qədər neytrallaşdırmaqdır.

Ancaq Amerikanın məqsədi terroçularla müttəfiqlik zəminində Əsəd rejiminə və lazım gəldikdə, Türkiyəyə təzyiq etməkdir. İki dövlətin Suriyadakı maraqları çox fərqlidir və bu fərqi Ərdoğan da öz çıxışında vurğulayıb. Çünki o da anlayır ki, ABŞ Türkiyəyə PKK-nı tam zərərsizləşdirməyə imkan verməyəcək. Əməliyyatdan əvvəl də belə bir xəbər yayıldı ki, Amerika terrorçu müttəfiqlərinə sərhəddən uzaqlaşmalarını tapşırıb”.

Politoloq, ABŞ-ın terrorçu qruplaşmalardan Türkiyə və Suriyaya qarşı istifadə etdiyini vurğulayıb: “Amerika çalışır ki, Türkiyə Suriyada təkbaşına hərbi əməliyyat keçirməsin. Əlbəttə, Türkiyə üçün də çətindir – orada hərbi əməliyyata başlasa, ölkədə yeni gərginlik ocaqları yarana bilər. Aralarında nə qədər soyuqluq olsa da, bu, nə Ankaraya, nə də Vaşinqtona lazımdır. Ona görə də, tərəflər ortaq nöqtələr tapmağa cəhd göstərirlər. Vəziyyət dəyişsə, Türkiyə də şəraitə uyğun qərarlar verəcək”.

Aqil Bəkir

www.yenicag.az

1136
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv