ABŞ-ni sarsıdan ARAŞDIRMA: Amerika ordusu döyüşmədən böyük itkilər verir

Amerikada aparılan araşdırma orduda xidmət edən əsgərlər arasında dəhşətli faktı ortaya çıxarıb. Bildirilib ki, əsgər ölümünün səbəbləri arasında intihar düşmən gülləsindən ölənlərdən daha çox olub.

Yenicag.az xəbər verir ki, araşdırmada qəzaların intiharlardan sonra ikinci yerdə gəldiyini və spirtli içkilərin qəbulu kimi zərərli davranışların intihar nisbətlərini artırdığını vurğulanıb.

Müdafiə Səhiyyə Agentliyinin araşdırmasına görə, 2014-2019-cu illər arasında 883 əsgər intihar edərək, düşmən atəşi nəticəsində həlak olanların sayı isə 96 olaraq müəyyən edilib. Əsgərlərin zərərli vərdişlərinin nəticəsinin intihar olduğu bildirilib.

Araşdırmada ABŞ əsgərlərinin Əfqanıstan və Yaxın Şərqdən çəkilməsi ilə döyüş meydanında ölənlərin sayının azaldığı qeyd edilib və qəzaların intiharlardan sonra ikinci yerdə olduğu, 814 nəfərin öldüyü qeyd edilib.

Araşdırmada 2019-cu ildən bəri intihar nisbətlərinin artdığı və spirtli içki istifadəsi kimi zərərli davranışların buna səbəb olduğu diqqətə çatdırılıb və 2024-cü ildə 55 əsgərin intihar edərək öldüyü qeyd edilib.

Hərbi məmurlar orduda intiharların qarşısını almaq üçün həll yolları axtararkən, 2023-cü ilin sentyabrında intiharları araşdıran müstəqil komissiyanın tövsiyələrindən sonra Pentaqon əsgərlərin psixi sağlamlıq xidmətlərinə çıxışını yaxşılaşdırmaq və odlu silahların təhlükəsiz saxlanması üçün stimulları nəzərdən keçirməyə razılaşıb.

Araşdırmada intihar edərək ölənlərin sayı əsgər ölümlərinin 70 faizini əhatə etdiyi bildirilib.

İsmayıl Bakuvi

COP29