ABŞ-nin 3-cü Dünya müharibəsi ssenarisi: 2034-cü ildə Vaşinqton və Pekin…

Amerika Birləşmiş Ştatlarının (ABŞ) ehtiyatda olan admiralı Ceyms Stavridis və jurnalist Eliot Akermen tərəfindən Üçüncü Dünya müharibəsi ilə bağlı yeni iddialar irəli sürülüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, admiral və jurnalistin birlikdə qələmə aldıqları “2034: A Novel of the Next World War” adlı kitabda yeni dünya müharibəsinin tarixi və detalları təxmin edilib.

Kitabda Üçüncü Dünya müharibəsinin 2034-cü ildə ABŞ hərbi gəmilərinin Cənubi Çin dənizinə daxil olmasıyla başlayacağı, savaşda yeni texnologiyalara əsaslanan silahlardan istifadə ediləcəyi bildirilir.

Müəlliflər, həmçinin müharibənin süni intellekt vasitəsilə də aparılacağını, qarşılıqlı haker hücumlarının təşkil ediləcəyini öngörüblər.