ABŞ-nin aviabaza təklifinə RƏDD CAVABI – Prezident açıqladı

Qırğızıstan ABŞ-nin ölkə ərazisində aviasiya bazası yaratmaq təklifinə razılıq verməyib.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarov danışıb.

Japarovun sözlərinə görə, ABŞ-nin başında olduğu antiterror koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Qırğızıstan Birləşmiş Ştatların ölkədə aviabaza yaratmasına qarşı çıxıb:

“Kant şəhərində Rusiyanın hərbi bazası var. Bizə bir baza kifayətdir. Biz ölkədə iki hərbi baza yaratmaqla böyük dövlətlərlə “siçan-pişik” oynamaq istəmirik”.