ABŞ-nin bu ştatlarında prezident seçkilərində səsvermə başladı

 

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərinə altı həftə qalmış həyəcan artarkən, bəzi ştatlarda insanlar səs verməyə başlayıb.

Yenicag.az xəbər verir ki, Minnesota, Virciniya və Cənubi Dakota ştatlarında prezidentliyə namizədlər Donald Tramp və Kamala Harrisin “son illərin ən mühüm seçkisi” kimi xarakterizə etdikləri seçkilərdə ilkin seçkilər üçün seçki qutuları artıq açılıb.

Seçki günü məntəqələrə gedə bilməyən və ya izdihamdan yayınmaq istəyən minlərlə seçici məntəqəyə gələrək səs verməyə başlayıb. Digər ştatlar da oktyabrda erkən seçkilər üçün seçki qutularını açacaqlar.

Tramp əvvəllər erkən səsvermənin əleyhinə olsa da, lakin hava şəraitinin və ya digər amillərin səsverməyə mane olacağını düşündüyü üçün bu il fikrini dəyişib.

Əvvəlki illərdə erkən seçkilərdə səslərin çoxu demokratların payına düşüb.

Nəsimi Ələsgərli

COP29