ABŞ-nin daha 23 ştatında maska taxma məcburiyyəti götürüldü

Amerika Birləşmiş Ştatlarının (ABŞ) 23 ştatında daha maskadan istifadə məcburiyyəti götürülüb.

Yenicag.az xəbər verir ki, toplam 31 milyondan çox koronavirusa yoluxma faktının qeydə alındığı, 562 min 67 nəfərin həyatını itirdiyi ABŞ-nin 23 ştatında maskadan istifadə məcburiyyəti ləğv edilib.

Qeyd edək ki, ABŞ-də bu günədək 75 milyon nəfərə koronavirus əleyhinə vaksinin hər iki dozası, 121 milyon nəfərə isə vaksinin birinci dozu vurulub.