ABŞ-nin hərbi təyyarəsi Norveçdə qəzaya uğradı

ABŞ-nin “V-22 Osprey” konvertoplanı Norveçdə beynəlxalq “Cold Response” hərbi təlim zamanı qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “NRK” televiziya kanalı məlumat yayıb.

Məlumata əsasən, göyərtəsində 4 nəfərin olduğu təyyarə Nurlann quberniyasının Budö şəhərindən təlim uçuşu həyata keçirib. Plana görə, o, yerli vaxtla saat 18:00 radələrində yerə enməli idi. Təxminən üç saat sonra xilasetmə qrupu qəza yerini şəhərdən cənub istiqamətində tapıb.

Hazırda təyyarənin ekipajının taleyi ilə bağlı məlumat yoxdur.