ABŞ-nin kommersiya neft ehtiyatları azaldı

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 3 449 min barel azalaraq 409 950 min barel təşkil edib.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 022 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir./Apa/