Ötən ay ABŞ-nin federal büdcə kəsiri 2023-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 1,8 dəfə azalıb.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
Hesabat dövründə ABŞ-nin büdcə kəsiri 21,93 milyard dollar təşkil edib. Halbuki, ötən ilin yanvar ayında bu göstərici 38,78 milyard dollar olub.
Bundan başqa, maliyyə ilinin əvvəlindən (oktyabrın 1-dən başlayır) büdcə kəsiri 531,86 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur.
Yanvarın əvvəlinə ölkənin dövlət borcu isə 4 trilyon dollar artaraq 34 trilyon dollara yüksəlib./iqtisadiyyat.az