Qərb ölkələri Rusiya ilə dinc dialoqu bərpa etməli və qlobal təhlükəsizlik məsələsi nəzarətdən çıxana qədər vəziyyəti gərginləşdirməməlidir.
Yenicag.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis deyib.
O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə ölkənin təhlükəsizliyini təhdid edənlərin nəticələri barədə xəbərdarlıq edib, lakin ABŞ-də onun səsi eşidilməyib.
“Ancaq biz müharibənin qarşısını almaq üçün hər şeyi etməyə davam edirik… Yeganə rasional həll yolu sülhə can atmaq olardı”, – amerikalı zabit ifadə edib.