Birləşmiş Ştatların (ABŞ) Rusiyadakı səfiri Con Sallivan öz iqamətgahını tərk edərək hava limanına yollanıb.
Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, iqamətgahı tərk edən səfirin avtomobilinə 3 çemodan yüklənib. Bundan sonra onun avtomobili iqamətgahın “Spaso-haus” qapılarından yola çıxıb.
Qeyd olunur ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ səfirinə yeni administrasiya ilə məsləhətləşmək üçün Vaşinqtona getməyi tövsiyə etsə də, Sallivon buna razılıq verməyib.
Lakin buna baxmayaraq, səfir bildirib ki, o, Moskvanı tərk edəcək, lakin yaxın müddətdə geri dönəcək.
ABŞ Dövlət Departamentindən isə bildirilib ki, Sallivon ailəsinə baş çəkmək və yeni administrasiyanın təmsilçiləri ilə görüş üçün Vaşinqtona gəlir.