ABŞ-nin sabiq prezidenti xəstəxanaya yerləşdirildi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) sabiq prezidenti Bil Klinton xəstəxanaya yerləşdirilib.

Yenicag.az ABC-yə istinadən xəbər verir ki, Klinton sepsis kimi tanınan qan infeksiyasına görə “UCI Medical Center”ə yerləşdirilib.

Onun durumunun yaxşı olduğu, tezliklə xəstəxanadan evə buraxılacağı bildirilib.

Qeyd edək ki, Klinton ABŞ-nin 42-ci prezidentidir (1993-2001).