!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“ABŞ-nin SSRİ-ni çökdürən planı bu dəfə Rusiyaya qarşı tətbiq edilir” – Elxan Şahinoğlu

!Reklam – Yazi

“Rusiyanı elə bir vəziyyətə gətirmək istəyirlər ki, Kreml bu təxribatçı addımlardan çəkinsin”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Böyük Britaniyanın NATO və Ukraynaya dəstək məqsədilə hərbi gəmilərini Qara dənizə göndərməsi fonunda gərginləşən Qərb-Rusiya münasibətlərini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlu qeyd edib ki, ABŞ prezidentinin rusiyalı həmkarına görüş təklifinin cavabsız qalması Amerikaya sanksiyaların sərtləşdirilməsindən başqa çıxış yolu qoymadı:

“Vəziyyət getdikcə gərginləşir, Amerika sistemli şəkildə Rusiyaya təzyiqi artırır. Rusiya isə Ukrayna ilə sərhədə topladığı hərbi kontingentini böyüdür, geri addım atmır. Amerika bir ara gərginliyi müəyyən qədər azaltmaq istədi. ABŞ prezidenti rusiyalı həmkarına zəng edərək üçüncü ölkələrin birində görüş təklif etdi. Amma faktiki rədd cavabı alandan sonra artıq sanksiyalar işə düşdü.

Amerika eyni gündə Polşa, Çexiya və rusiyalı diplomatları ölkədən çıxartdı, yəni hərtərfli təzyiqə başladı. Artıq Böyük Britaniya gəmiləri də Qara dənizə daxil olmaq üzrədir”.

PolitoloqAmerikanın beyin mərkəzlərinin SSRİ-nin üzərində sınaqdan keçirdiyi planların Rusiyaya tətbiqini də istisna etməyib:

“Mən bunu nəyə bənzədirəm? Soyuq müharibə illərində Amerika ilə SSRİ üz-üzə idi. Amerikanın beyin mərkəzləri SSRİ-ni çökdürməyə qərar verdilər və nəticədə Sovetlər dağıldı.

Mənə elə gəlir ki, Amerikadakı beyin mərkəzlərinə yenə eyni tapşırıq verilib və addım-addım müəyyən istiqamət götürülüb. Düzdür, Rusiya SSRİ qədər güclü deyil, ondan zəifdir.

Ona görə də Rusiyanı elə bir vəziyyətə gətirmək istəyirlər ki, Kreml bu təxribatçı addımlardan çəkinsin. Gürcüstanla müharibə etdi, oranı parçaladı, Dnestrdə separatçı bölgə yaratdı, Ukraynada yaratdı, Azərbaycana hərbçilərini göndərdi, guya burada sülh yaradacaq, lakin təxribatlarla üz-üzə qaldıq.

Amma Qərbi ən çox Ukraynadakı vəziyyət narahat edir. Çünki Rusiya sanksiyalardan çəkinmədən Ukraynanı parçalamağa çalışır. Ona görə Amerikada belə qərara gəliblər ki, Rusiyaya “dur” deməyin zamanı gəlib və sistemli təzyiqə başlayıblar. Rusiya geri addım atana qədər bu davam edəcək. Amma belə görürük ki, Rusiyanın geri addım atmaq fikri yoxdur”.

Aqil Bəkir

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv