“Rusiyanın əlində olan resursla koalisiyadan qat-qat güclüdür”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiya Ukrayna müharibəsinin gedişini dəyərləndirən hərbi ekspert Şair Ramaldanov deyib.
O bildirib ki, ABŞ-ın hədəfi Rusiya yox, Avropa idi.
“Ukraynanın əks hücum əməliyyatı alınmayandan sonra demək olar ki, vəziyyət getdikcə Rusiyanın xeyrinə dəyişdi. Dəfələrlə demişdim ki, müharibədə Rusiya uduza bilməz. Rusiyanın gec-tez qalib gəlməsi prinsip cəhətdən gözləniləndir.
Ukraynanı qurban veriblər. Bunu əvvəl çox ehtiyatla deyirdilərsə, artıq açıq şəkildə deyirlər. Bu da reallıqdır. Ukraynanın Rusiya ilə müharibə etməyə resursu yoxdur. Nə insan resursu, nə hərbi cəhətdən bu mümkün deyil. Ukrayna kimi xalq özünü bu vəziyyətə qoyubsa, bu o deməkdir ki, mütəşəkkil ola bilmir. Ukrayna heç vaxt ABŞ və Avropaya doğma ola bilməz”, – hərbi ekspert əlavə edib.
Ş.Ramaldanov qeyd edib ki, Rusiyanın əlində olan resursla koalisiyadan qat-qat güclüdür.
“Rusiyanın istər mərmi, istər raket, istərsə də hərbi sənaye kompleksi cəhətdən çox güclüdür. Rusiya mütəşəkkil şəkildə döyüşür. Rusiya planlaşdırdığını həyata keçirməyə bacarır. Müharibəyə aid olan bütün sahələrdə Rusiya mütəşəkkildir. Ukrayna isə ancaq “ver”, “ver” deyir, ancaq nəticə də yoxdur. Ukraynaya silah verənlər də ona görə verirdi ki, öz məqsədlərinə nail ola bilsinlər. ABŞ-ın hədəfi Rusiya yox, Avropa idi. Avropa müstəqil güc olmaq, hətta öz silahlı qüvvələrini yaratmaq istəyirdi. Belə olan halda, ABŞ bu məsələni qiymətləndirdi, Avropanı enerji resursları ilə zəng olan Rusiydan məhrum etdi və özünə bağladı. ABŞ qarşısına qoyduğu məqsədə nail olandan sonra Ukraynaya bildirdi ki, maliyyə yardımı etməyəcək”, – deyə o yekunlaşdırıb.
Səxavət Məmməd