!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-nin xarici siyasətində MÜHÜM DƏYİŞİKLİK: “Üçüncü Dünya müharibəsi...”

!Reklam – Yazi

“ABŞ-nin hədəfi Rusiya yox, Avropa idi”.

Bu fikri Trampın prezident seçilməsindən sonra “müharibələri dayandıracağam” bəyanatına Yenicag.az-da münasibət bildirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Hərbi ekspertin sözlərinə görə, müharibələrin qısa zamanda dayanması real görünmür:

“Hazırda dövlətlərin başına kiminsə gəlməsi dövlətlərin siyasətinə o qədər də təsir etmir. Trampın prezident seçilməsi də “müharibəni dayandıracağam” fikri ilə bağlıdır. İnsanlar Üçüncü Dünya müharibəsindən qorxur. ABŞ-nin özündə sosial, iqtisadi problemlər az deyil. Tramp biznesmen olub, o bütün proseslərə iqtisadi yöndən baxır, siyasəti də iqtisadi yöndən qurur”.

“İnanıram ki, Tramp Rusiya Ukrayna müharibəsini dayandıra bilsin. Çünki ABŞ üçün bu müharibə artıq maraqlı deyil. Çünki ABŞ-nin əsas siyasəti Avropanı özünə tabe etmək idi. ABŞ Avropa ilə bağlı bütün hədəflərinə çatıb. Ukrayna müharibəsi ilə bağlı iki böyük ölkə – ABŞ və Rusiya öz aralarında problemin həllini yollarını tapacaqlar. Yaxın Şərqdə ABŞ-nin müəyyən bir şəkildə təsir mexanizmləri bir qədər zəifləyib. ABŞ İsraili dəstəkləyəcək. İsrailin qarşısına qoyulmuş hədəflərə nail olunduqdan sonra müharibəni dayandıracaqlar”.

Səxavət Məmməd

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv