Kreml ABŞ Nümayəndələr Palatasının Kiyevə hərbi yardım haqqında qanun layihəsini təsdiqləməsinə reaksiya verərək bunun Ukraynanı daha da pis vəziyyətə salacağını bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov TASS-a söyləyib.
“Ukraynaya yardım göstərmək qərarı gözlənilən idi və bu, Amerika Birləşmiş Ştatlarını daha da zənginləşdirəcək və Ukraynanı daha da viran qoyacaq, Kiyev rejiminin günahı üzündən daha çox ukraynalının ölümünə səbəb olacaq”, – o deyib.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.