!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Nümayəndələr Palatası dördüncü turda da spiker seçə bilmədi

!Reklam – Yazi

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri bu gün keçirilən iclasda dördüncü səsvermə zamanı yeni spiker seçə bilməyiblər.

Yenicag.az xəbər verir ki, səsvermə üçün keçirilən iclas C-SPAN telekanalı tərəfindən yayımlanıb.

Respublikaçılar Partiyasının lideri Kevin Makkarti ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri üçün keçirilən seçkilərin nəticələrinə görə yenə də əksəriyyətin dəstəyini ala bilməyib və cəmi 201 səs toplayıb – üçüncü turdakından bir səs az. Qalib gəlmək üçün 218 səs toplamaq lazım idi. Cari raundda Makkartinin spiker təyin edilməsini dəstəkləməkdən imtina edən respublikaçılar alternativ namizəd kimi Florida ştatından Bayron Donaldsın namizədliyini irəli sürüblər. Respublikaçılar Partiyasından olan 20 konqresmen ona səs verib. Ukrayna əsilli respublikaçı Viktoriya Sparts bitərəf qalıb və heç bir namizədə səs verməyib. Demokrat Hakim Ceffrisə əvvəlki turlarda olduğu kimi, 212 konqresmen – hazırkı çağırış Nümayəndələr Palatasında Demokratlar Partiyasının bütün nümayəndələri səs verib.

Qeyd edək ki, bu, 100 ildə ilk dəfədir Nümayəndələr Palatasının sədrinin seçilməsi bir turla məhdudlaşmır.

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv