ABŞ Nümayəndələr Palatasına yeni sədr seçildi

Respublikaçı, Luiziana ştatından olan konqresmen Mayk Conson ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri seçilib.

Yenicag.az xəbər verir ki, səsvermə zamanı Mayk Conson konqresdə 220 səs toplayıb.

Onun rəqibi demokrat Hakim Ceffris isə 209 səs qazanıb.