ABŞ nüvə başlıqlarını Avropanın bu ölkəsində yerləşdirir

“Polşa hakimiyyəti dəfələrlə ABŞ-la NATO-nun Nüvə Paylaşımı proqramı çərçivəsində Amerika nüvə silahlarının respublikada yerləşdirilməsi imkanlarını müzakirə edib və bununla bağlı hazır olduğunu bildirib”.

Yenicag.az xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda “Fakt” qəzetinə müsahibəsində bildirib.

“Bu, bir müddətdir ki, Polşa-Amerika danışıqlarının mövzusudur. Çən artıq bir neçə dəfə amerikalı tərəfdaşlarla danışmışam. Gizlətməyəcəyəm ki, məndən Polşada nüvə başlıqlarının yerləşdirilməsi ilə bağlı sual veriləndə hazır olduğumuzu bəyan etmişəm”, – Duda bildirib.

Xatırladaq ki, bundan əvvəl Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa “Rzeczpospolita” qəzetinə müsahibəsində jurnalistlərin Varşavanın Vaşinqtonla öz ərazisində nüvə silahlarının yerləşdirilməsi haqqında saziş imzalamağa hazır olub-olmaması sualına cavab verməkdən yayınıb.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Duda Polşa rəhbərliyinin ölkədə nüvə silahı yerləşdirmək istəyində hələ də irəliləyiş əldə etmədiyini açıqlamışdı.

Rafi Müslümov

COP29