Reklam: High Technic
hightechnic

ABŞ Trampın əsas müttəfiqinə qarşı: “Əlaqələr kəsilməlidir”

Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanın İstanbul Başkonsulluğunda öldürdürüldüyü iddiasına ABŞ reaksiya verib.

Yenicag.az xəbər verir ki, Röytersin yaydığı informasiyaya əsaslanaraq jurnalistin öldürülməsi iddiasını qiymətləndirən “Vaşinqton Post” qəzetinin redaktoru Fred Hiyat: “Camal qoçaq və cəsarətli bir jurnalist idi, onun xəbərlərini həm oxuyub, həm də istifadə edirdik. Onun öldürülməsi ilə bağlı xəbərlər doğru isə bu qorxunc və ağılasığmaz hərəkətdir” – deyə bildirib.

Digər tərəfdən ABŞ Senatı Xarici Əlaqələr Komitəsi Üzvü, əyalət senatoru demokrat Kris Mörfi, sosial media hesabından sözügedən məsələ ilə bağlı Pylaşım edərək: “Səudiyyə Ərəbistanı konulluq işçilərinin ABŞ-da yaşayan birini hiyləylə konsolluğa çağırıb öldürdüyü xəbəri doğru isə Səudiyyə Ərəbistanı ilə əlaqələrimiz tamamilə kəsilməlidir. Eyni zamanda Səudiyyə Ərəbistanı, “Vaşinqton Post” yazarı Camal Qaşıqçı iə nə baş verdiyini dərhal açıqlamalıdır” – deyə kəskin fikirlər səsləndirib.

Türkiyə Təhlükəsizlik xidmətlərindən verilən məlumata görə, Camal Qaşıqçı 2 Oktyabr günü, evlilik prosedurlarının təşkili məqsədiylə konsulluğa daxil olub və daha sonra oradan çıxmadığı müəyyən olunub.

Bundan başqa, bir qismi Səudiyyə səlahiyyətliləri olan 15 Səudiyyə vətəndaşının, 2 təyyarə ilə İstanbula gəlib eyni saatlarda Konsulluq binasına daxil olduqları və bir müddət sonra ayrılaraq öz ölkələrə döndükləri müəyyən olunub.

Türkiyə Təhlükəsizlik xidmətləri hadisəni araşdırmağa davam edir.

Qaşıqçının Konsulluğa girdiyi saatla, nişanlısının ondan xəbər ala bilmədiyini bildirdiyi müddət ərzində Səudiyyə Ərəbistanı Başkonsulluğuna edilən bütün giriş və çıxışlar da təhlükəsizlik orqanları tərəfindən araşdırılır.

Həşim Səhrablı

www.yenicag.az

3721