!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ ordunu Suriyadan çıxarma prosesinə başladı

!Reklam – Yazi

ABŞ qoşunlarının Suriyadan çıxma prosesinə başlanılıb.

Yenicag.az “Anadolu” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Suriyadakı silahlı qüvvələrinin nümayəndəsi polkovnik Sean Ryan açıqlama verib.

Məlumatda ABŞ ordusunun Suriyanı nə vaxt tərk edəcəyi ilə bağlı detallar açıqlanmayıb. Buna səbəb kimi ordunun təhlükəsizliyi əsas gətirilib.

Buna baxmayaraq, ABŞ Müdafiə Nazirliyindən verilən məlumatda, silahlı qüvvələrin bir qisminin çıxarılmasına başlanıldığı haqda qeyd edilib.

Əlavə edilib ki, ilkin mərhələdə hərbi aviasiya və donanma Suriya sərhədlərindən çıxarılacaq.

www.yenicag.az

1595
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv