ABŞ ordusunda SKANDAL – Hərbi məlumatları Çinə satdı

ABŞ ordusunun serjantı Korbein Şults ölkəsinin raket sistemləri də daxil olmaqla kritik hərbi imkanları ilə bağlı sənədləri Çinə sızdırmaqda təqsirini etiraf edib.

Yenicag.az xəbər verir ki, eyni zamanda, kəşfiyyat analitiki olan Şultsun 2022-ci ilin iyun ayından bəri ABŞ-ın həssas hərbi məlumatlarını ehtiva edən sənədləri Çinə sataraq təxminən 42 min dollar qazandığını açıqlanıb.

İttihamnamədə Şults ABŞ-ın raket, raket və artilleriya silah sistemləri, o cümlədən yüngül reaktiv yaylım atəş sistemi (HIMARS), pilotsuz uçuş aparatları taktikası, hərbi peyklər, hərbi təlimlər və əməliyyatlarla bağlı araşdırmaları ehtiva edən sənədləri Çinə sızdırmaqda ittiham olunur.

Bundan əlavə, ittihamnamədə Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsində yaşadığı qeyd edilən “sui-qəsdçi A” kod adlı şəxs Şultsla yaxınlaşaraq Rusiya-Ukrayna müharibəsindəki strategiyaların ABŞ-ın Tayvana yardım etmək üçün necə tətbiq edə biləcəyini müzakirə edib və hücum haqqında məlumatı təfərrüatlı şəkildə sızdırmasını istədiyi bildirilir. Şultsun bunu qəbul etdiyi və 200 dollar aldığı və “sui-qəsdçi A”nın Şultsa uzunmüddətli ortaqlıq təklifi təklif etdiyi bildirilib.

İsmayıl Bakuvi

COP29