ABŞ Ordusundan acı etiraf – ““Super güclər”lə savaşa hazır deyilik”

obama_putinABŞ Quru Qoşunları komandanı, general Mark Milley ABŞ ordusu ilə bağlı maraqlı açıqlama verib. Yenicag.az xəbər verir ki, general ABŞ Ordusunun hazırda Rusiya, Çin, İran və Şimali Koreya kimi “super güclər”lə savaşmağa hazır olmadıqlarını vurğulayıb.  

Milley ABŞ Quru Qoşunlarının mövcud durumunun hərbi hədəflərini gerçəkləşdirəcək səviyyədə olmadığını, yalnış İŞİD, əl-Nusra Cəbhəsi kimi qüvvələrlə savaşa biləcəklərini bildirib: “Ancaq risk səviyyəsi yüksəldikdə, düşmənlərlə qarşı-qarşıya gəlmək başqa bir durumdur”.

 

Yenicag.az