ABŞ ordusu PYD/PKK-li 30 min teroristə “İŞİD-ə və İrana qarşı” təlim keçəcəyini bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb. Məlumata əsasən bu barədə terror qruplaşması PYD/PKK ilə ABŞ arasında müqavilə imzalanıb.
Terror qruplaşmasının başçılarından birinin verdiyi açıqlamaya əsasən, ABŞ-ın Türkiyə sərhədinə quracağı 5 nəzarət nöqtəsinin inşaatına başlanılıb. Bu razılamada məqsəd Türkiyəni İŞİD-dən təmizləməkdir.
Qeyd edək ki, müqavilənin 2019-cu ilin sonunadək uzadılacağı iddia edilir.