ABŞ pensiya fondlarının öhdəlikləri rekord həddə çatdı

Qeyri-kommersiya tədqiqat təşkilatı Equable İnstitutunun təhlilinə görə, ABŞ dövlət və yerli pensiya fondlarının öhdəlikləri 2022-ci ildə 6,37 trilyon dollara yüksəlib, bu, bütün zamanların rekordudur.

2001-ci ildən bəri təqdim olunan məlumatlara əsasən, pensiya fondlarının öhdəliklərinin səviyyəsi 6,14 trilyon dollar olan 2021-ci illə müqayisədə artıb.

Eyni zamanda, pensiya fondlarının aktivləri ilə əhatə olunmayan təminatsız öhdəliklərin səviyyəsi 2022-ci ildə 1,45 trilyon dollara yüksəlib. Müqayisə üçün, 2021-ci ildə təminatsız öhdəliklər cəmi 986,6 milyard dollar olub.

Qeyd olunur ki, 2022-ci il pensiya aktivlərinin idarə olunması üçün çətin bir il olub. Çox sayda hedcinq fondları və menecerlər 2022-ci ilin qeyri-sabit investisiya şərtlərilə əlaqədar olaraq zərərə uğrayıblar.