Amerika F-22 qırıcıları Alyaskanın qərb sahilində Rusiyanın iki Tu-95 bombardmançısını izləyərək, onların uzaqlaşmasına səbəb olublar.
Yenicag.az bildirir ki, bu haqda “The Washington Free Beacon” Şimali Amerikanın hava-kosmik müdafiəsi komandanlığının nümayəndəsi Skott Millerə istinadən məlumat yayıb.
Miller qeyd edib ki, iki Rusiya Tu-95 qırıcısı Berinq dənizinin üzərində – ABŞ-a məxsus zonanın 320 kilometrliyinə qədər daxil olmuşdu. Bundan sonra Amerika təyyarələri onları təqib edərək, zonanı tərk etmələrinə nail olublar.
Zaur H.