!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ polisi Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib

!Reklam – Yazi

ABŞ polisi Vaşinqtonda etirazçılarla qarşıdurmada iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinin həbsinə dair order verib.

Yenicag.az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqton polis idarəsinin rəisi Piter Nyuzem və şəhərin meri Muriel Bouzer birgə mətbuat konfransında bildiriblər.

Barələrində axtarış elan edilən şəxslər arasında Ərdoğanın 9 mühafizəçisi, türk polisinin 3 zabiti və iki Kanada vətəndaşının adı var. Vaşinqton polis idarəsinin rəisi Piter Nyuzem barələrində axtarış edilən şəxslərin ABŞ-a gələrək qanun qarşısında cavab verməyə çağırıb.

Xatırladaq ki, R.T.Ərdoğanın Vaşinqtona səfəri zamanı prezidentin mühafizəçiləri və etiraz aksiyası keçirən PKK tərəfdarları arasında insident baş verib.

Dövlət Departamenti bununla bağlı Türkiyəyə etirazını bildirib. Ankara ittihamları rədd edərək hadisənin ABŞ hakimiyyətinin lazımi təhlükəsizlik tədbirləri görmədiyindən baş verdiyini iddia edib.

Yenicag.az

www.yenicag.az

987
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv