ABŞ-da universitetlərdə fələstinlilərin etirazları davam edərkən Arizona şəhərindən qalmaqallı görüntü yayılıb.
Yenicag.az xəbər verir ki, ABŞ polisi Arizona Universitetində təhsil alan 4 müsəlman qadını Qəzzada atəşkəs üçün keçirilən yürüşdə iştirak etdikləri üçün saxlayıb və hicablarını çıxarmağa məcbur edib.
Yoldan keçən vətəndaşlar tərəfindən lentə alınan görüntülər ABŞ-da və sosial mediada hiddətə səbəb olub.