ABŞ-ın Delaware Əyalətinə bağlı Wilmington şəhərində polis küçədə əlil arabasındakı gənci güllələyib.
Yenicag.az xəbər verir ki, Jeremy McDole adlı 19 yaşındakı iflic gənc intihar etmək məqsədi ilə silahla özünü vurmaq istəyib. Polislərin verdiyi məlumata görə, Jeremy küçənin ortasında əlindəki silahı ətrafdakılara doğruldub. Bu səbəbdəndə onun kimsəyə zərər verməsin deyə güllələndiyini bildirib. Lakin gəncin ailəsi, polisin onu güllələmədən də elektroşokla zərərləşdirə bilərdi.
“Polislər qardaşımı qətlə yetirdilər. Onlardan şikayətçiyik” deyə gəncin bacısı bildirib.