ABŞ prezidenti hərbi xərcləri artırır

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə ölkənin hərbi xərclərini artıracaq.

Yenicag.az xəbər verir ki, prezident hərbi xərclər üçün büdcədən 750 milyard dollar istəyəcək.

Bildirilib ki, bu xərclərin 544 milyardı baza xərclərinə, 9 milyard vəsait fövqəladə xərclərə, 165 milyard xaricdəki hərbi əməliyyatların maliyyələşdirilməsinə ayrılacaq.