Sabiq ABŞ Prezidenti Ronald Reyqana qarşı 1981-ci ildə sui-qəsdə cəhd edərək onu yaralayan Con Hinkley sərbəst buraxılıb.
Yenicag.az xəbər verir ki, 41 illik məhkumluqdan sonra sui-qəsdçi məhkəmə tərəfindən azadlığa buraxılıb.
Qeyd edək ki, Hinkley məşhur aktyor Codi Fosterin diqqətini cəlb etmək üçün Reyqana atəş açmışdı. O, 41 illik məhkumluq həyatının 30 ilini ruhi dispanserdə keçirib.