ABŞ Qarabağ separatçılarına maliyyə yardımı ayırdı

ABŞ Konqresinin Nümayəndələr palatası işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına 1,4 milyon ABŞ dollarının ayrılmasını təsdiqləyib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-dakı Erməni Milli Komitəsi (ANCA) yayıb.

Bu maliyyə vəsaitinin Qarabağın minalardan təmizlənməsi üçün “HALO Trust” proqramına veriləcəyi iddia olunur.

Həmin proqramın maliyyələşdirilməsi 2020-ci ilin mart ayından dayandırılmışdı.

COP29