!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ qırıcısı Kaliforniyada qəzaya uğradı - Axtarış aparılır

!Reklam – Yazi

ABŞ Hərbi Dəniz Qüvvələrinin “F/A-18E Super Hornet” tipli çoxhədəfli qırıcı təyyarəsi Kaliforniyadakı “China Lake” HDQ bazasının yaxınlığında qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə ABŞ donanmasının “Twitter” səhifəsində məlumat verilib.

Məlumatda bildirilib ki, yerli vaxtla saat 10 radələrində F/A-18E qırıcısı “China Lake” Hərbi Dəniz Qüvvələri bazasının yaxınlığında qəzaya uğrayıb.

Axtarış və xilasetmə işləri aparılır.

Qeyd edək ki, qırıcının göyərtəsində neçə nəfərin olduğu və onların taleləri barədə məlumat verilməyib.

www.yenicag.az

15757
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv