ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Yaponiyada təlim uçuşu zamanı raket buraxıb.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ-ın Yaponiyadakı hərbi komandanlığı “Twitter” hesabında məlumat verib.
Raket Misava şəhərində uçuş poliqonundan 5 kilometr məsafədə yerləşən Rokkase kəndindəki özəl sektor ərazisinə düşüb.
Hər hansı bir fəsad və ya xəsarət alanların olması barədə heç bir məlumat verilməyib.
Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.