Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"ABŞ rəsmiləri bu açıqlamanı verərkən lobbilərin tələblərinə boyun əyiblər" - Fəxrəddin Altun

Reklam: Sinerji Pro

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunun “ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıması” ilə bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, açıqlamada deyilir:

“Türkiyə olaraq ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini soyqırımı olaraq tanımasını rədd edir və şiddətlə qınayırıq. Heç bir hüquqi və elmi keçərliliyi olmayan bu bəyanatı etibarsız hesab edirik.

Erməni diasporunun əsassız böhtanlarını dəstəkləyən bu açıqlamanın ABŞ-nin daxili siyasi hesablamalarından qaynaqlandığı aydındır. Bumeranq təsiri göstərəcəyinə şübhə olmayan bu təşəbbüs ermənilərin düşdükləri çətin vəziyyətdən xilas olmasına kömək etməyəcəyi kimi, ABŞ-nin maraqlarına da xidmət etməyəcəkdir.

Bayden rəhbərliyinin ölkə daxili siyasi məqsədlərlə tarixi təhrif edilmiş bir şəkildə təqdim etmək yolunu seçməsi Türkiyə-ABŞ münasibətləri baxımından, həqiqətən, təəssüf doğurur. 1915-ci il hadisələrinin faciədən başqa bir şey kimi qiymətləndirilməsi səhv və zərərli bir addımdır.

Türkiyə təxminən altı əsr davam edən böyük bir imperatorluğun küllərindən doğulub. Müxtəlif mədəniyyətlərin sülh və tolerantlıq şəraitində birlikdə yaşadığı bir tariximiz var. Birinci Dünya Müharibəsi zamanı baş verənlər Avropa imperializmi və bir imperatorluğun parçalanması kontekstində qiymətləndirilməlidir.

Əcdadlarımız milyonlarla insanın imperializmin boyunduruğundan azad olması və müstəqilliyi uğrunda mübarizə aparmış və həyatlarını itirmişlər. Bu dövr əsrlər boyu Osmanlının hakimiyyəti altında dinc yaşayan bütün etnik və dini təbəqələr üçün ağrı və kədərlə doludur.

Mövcud ABŞ rəhbərliyi bu addımla bu torpaqlarda qardaşlarımızla bölüşdüyümüz tarixin zənginliyini qiymətləndirməkdə uğursuz olmaqla yanaşı, bütöv bir xalq olaraq apardığımız mübarizəni dar siyasi hesablar üçün istifadə etməyə çalışır.

Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan tarixi faciələri və ortaq keçmişimizin ağrılarını tanımaqda və bunlarla hesablaşmada misilsiz bir liderlik nümunəsi göstərib. Bununla birlikdə, tarixin ölkəmizə və millətimizə qarşı bir silah halına gətirilməsinə qarşı bütün cəhdlərin qarşısında tutarlı və qətiyyətli bir şəkildə dayandı.

Prezident Ərdoğan dəfələrlə tarixçiləri, elm adamlarını, ziyalıları və digər fikir adamlarını 1915-ci il hadisələrinə dair hərtərəfli elmi fikir irəli sürmələri üçün bir araya gəlməyə çağırıb, tariximizin həqiqətlərindən qorxmadığımızı və utanmadığımızı vurğulayıb.

Tarix boyu həmişə məzlumların yanında olan millətimiz keçmişdə olduğu kimi bu gün də milyonlarla qaçqına qucaq açır və onlara kömək əlini uzadır. Tariximizin siyasi və qərəzli olaraq təhrif edilməsi bizi ümumi taleyi paylaşdığımız qardaşlarımıza qucaq açmaqdan, onları qorumaqdan çəkindirməyəcəyikdir.

Türklər və ermənilər əsrlər boyu bir çox digər etnik və dini qruplarla birlikdə yaşamışlar. Birinci Dünya Müharibəsi illərində milyonlarla müsəlman və Osmanlı təbəəsi olan xristianlar imperializm və müharibənin dəhşətlərini yaşamışlar. Hələ də onların ağrılarını xatırlayır və xatirələrini hörmətlə yad edirik.

Həmçinin bu faciəli hadisələrin bu gün qonşularımızla münasibətlərimizdə həlledici olmasına icazə vermirik. Ermənistan da daxil olmaqla heç bir ölkəyə qarşı kin və düşmənçilik hissləri bəsləmirik. Ermənistanla münasibətlərimizi qarşılıqlı hörmət əsasında yaxşılaşdırmaq cəhdlərimiz bunun bir sübutudur və heç bir diaspor qrupu bu reallığı dəyişdirə bilməz.

Vaşinqton bir daha şərəfli tariximizə kölgə salmağı seçdiyi üçün ABŞ ilə ikitərəfli münasibətlərimiz baxımından son dərəcə uğursuz və təəssüf edici bir gün yaşayırıq. Bayden rəhbərliyinin 1915-ci il hadisələrini “soyqırımı” olaraq qiymətləndirməsini qətiyyətlə rədd edir və əsla qəbul etmirik.

ABŞ rəsmiləri bu açıqlamanı verərkən təəssüf ki, lobbilərin tələblərinə boyun əyiblər. Bu rəsmilərin Türkiyə erməniləri patriarxı Sahak Maşalyan və Erməni Dərnəkləri Birliyinin sədri Pedros Şirinoğlunun keçmişdə yaşanan hadisələrin bəzi ölkələr tərəfindən gündəlik siyasi məqsədlər üçün istifadə edilməməli olduğunu vurğuladıqları açıqlamalarına nəzər yetirmələrini və mübahisəsiz həqiqətlər ilə mənfur lobbi kampaniyaları arasındakı böyük fərqi görmələrini istərdik.

Xalqımızın maraqları və milli təhlükəsizliyimiz üçün hər zaman etdiyimiz kimi müttəfiqlərimizlə dialoqa və əməkdaşlığa davam edəcəyik. Ancaq millətimizin tarixinə və türk xalqının nüfuzuna xələl gətirmək cəhdlərinə qarşı müqavimət göstərməkdən heç vaxt çəkinməyəcəyik”.

Loading...

www.yenicag.az

192
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100