ABŞ rəsmisi: “Azərbaycanla ticarət əməkdaşlığını yeni səviyyəyə çıxarmalıyıq”

“ABŞ və Azərbaycan arasında ticarət əməkdaşlığını yeni səviyyəyə çıxarmaq lazımdır”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, Xarici Ticarət Xidmətinin baş direktoru Arun Venkataraman deyib.

O qeyd edib ki, Bakıya səfəri ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə yönəlib: “Pandemiyadan əvvəlki səviyyəyə qayıda bildik. Əməkdaşlığımızı daha da dərinləşdirə biləcəyimiz sahələr var. Buraya kənd təsərrüfatı, logistika və nəqliyyat daxildir”.

COP29