!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-Rusiya-Çin – “Böyük üçlük”, yoxsa Üçüncü Dünya Müharibəsi?

!Reklam – Yazi

“Yeni Çağ” Moskvada fəaliyyət göstərən Amerika Universitetinin təsisçisi və prezidenti Edvard Lozanskinin “The Washington Times” qəzetində nəşr olunan ABŞ, Rusiya və Çin arasında münasibətlərin dünyanı əməkdaşlığa, yaxud qlobal savaşa sürükləyəcəyinə dair təhlilini dərc edir.

Dünyanın əsas nüvə dövlətləri sayılan ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putinin bu ayın sonunda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək G-20 sammitində görüşərək, qlobal əhəmiyyətli məsələləri müzakirə edəcəkləri də gözlənilir. Həmin sammit çərçivəsində ABŞ prezidenti Donald Trampın Çin prezidenti Xi Jinping ilə görüşü də nəzərdə tutulur.

ABŞ-da keçirilmiş aralıq seçkilərində demokratların Nümayəndələr Palatasında yerlərin çoxunu əldə etmələri reallığını nəzərə alsaq, onların Tramp əleyhinə fəaliyyətlərinin daha da güclənəcəyi şühhə doğurmur. Bir çoxları bu səbəbdən Trampın ölkənin xarici siyasətinə diqqət ayıraraq, buna enerji sərf etmək imkanında olmayacağını qabaqcadan xəbər verirlər. Həqiqətdə isə Tramp 2020-ci il seçkilərində namizədliyini yenidən irəli sürərsə, rəqiblərini məğlub etməkdən ötrü dünyanı nüvə fəlakətindən xilas etmək onun üçün daha əhəmiyyətlidir.

Bu yaxınlarda həm Rusiya, həm də Çin hökumətinin yüksək çinli rəsmiləri bir-birilərinə qarşı sərt bəyanatlar veriblər. Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Nəzarət Departamentinin direktor müavini Andrey Belousov bunları deyib: “Bəli, mən təsdiq edə bilərəm ki, Rusiya müharibəyə hazırlaşır. Bəli, biz vətənimizi, torpaqlarımızın ərazi bütövlüyünü, prinsiplərimizi, dəyərlərimizi və xalqımızı qorumağa hazırlaşırıq. Biz müharibəyə hazırlaşırıq”.

Belousovun qeyd olunan sözləri Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda söylədiyi “Zərurət olarsa, nüvə silahlarından istifadə edə bilərik” ifadəsini gündəmə gətirir. Rusiya lideri bildirib ki, “hər hansı təcavüzkar bilməlidir ki, onun cəzası veriləcək və o məhv ediləcək. Əgər bu cür təcavüz baş verərsə, onun qurbanı olaraq qəhrəman kimi cənnətə gedəcəyik. Təcavüzkarlar isə məhv ediləcəkləri üçün onların təəssüflənməyə vaxtı olmayacaq”.

Eynilə Çin lideri Xi Jinpeng ABŞ Hərbi-Dəniz Donanmasının Pekinin iddia etdiyi dəniz sularında hərbi manevlər keçirməsinə etiraz edərək bəyanat verib: “Biz hərbi hazırlıq təlimlərimizi, o cümlədən birgə döyüş hazırlığımızı artırmalıyıq ki, hərbçilərin döyüş qabiliyyəti təkmilləşsin”.

Bu qorxulu xəbərdarlığın Qərbdə həyəcan yaratması təəccüb doğurur. Edilmiş xəbərdarlığın təsir edəcəyi coğrafiya boyunca Qərb “ikinci dərəcəli” ölkələrin müharibə apara biləcəklərinə dair loğva bəyanatlarına əhəmiyyət vermir. Yekunda isə bu hərbi təlim və xəbərdarlığın faciəvi səhv olduğu anlaşılandır.

ABŞ diplomatları çoxdandır ki, az sayda siyasətçiləri və jurnalistlərin öz fəaliyyətlərində “başqa adamların nöqteyi-nəzərindən” siyasi prosesləri müşahidə etmək bacarığını nəzərə alaraq, digər ölkələrin Amerikanın sağlam fəaliyyətini qəbul edə biləcəyini düşünürlər. Rusiya və Çin isə ABŞ-ın onlara məxsus təhlükəsiz ərazilərə nüfuz etməsi ilə razılaşmır.

Rusiya və Çinin mövqeyinə görə, ABŞ onların sərhədləri boyunca və sahilyanı ərazilərində hökmranlıq etmək istəyir. Hər iki dövlət Birləşmiş Ştatların onlara qarşı sanksiya tətbiq edərək, kosmosun hərbiləşdirilməsi yolu ilə Arktika, Avropa (Orta Mənzilli Raketlər üzrə Müqavilə – İNF müqaviləsindən çıxmaqla), Suriya, Ukrayna, Cənubi Çin Dənizi, Tayvan Boğazı, Xinjiang və hər yerdə Rusiya və Çinə güclü təsir göstərir.

ABŞ-ın regional təhlükəsizlik məsələlərində Rusiya və Çinə məğlub olmasına dair hər hansı əlamət yoxdur. Reallıqda isə ABŞ 200 ildən artıq bir müddətdə qonşuluq münasibətlərini qoruyub saxlayan Rusiya və Çini ciddi qəbul edir.

Trampın növbəti siyasi gedişləri çərçivəsində “üçbucaq” qurulmasını təklif edən siyasətçilər də var. ABŞ həmin “üçbucaq” əsasında Rusiyanı öz tərəfinə çəkərək, Çinə qarşı böyük güc kimi istifadə etmək niyyətindədir. Bu prinsip ABŞ-ın keçmiş prezidenti Riçard Niksonun (Richard Nixon) müşaviri Henri Kisincerin (Henry Kissinger) “Çin kartı”nın SSRİ-yə qarşı oynanılmasının təkrarı olardı. Vurğulanan prinsip irəli sürüldükdən sonra Rusiya ABŞ əleyhinə siyasətini yumşaldaraq, güclənən Çinə qarşı Amerikanın mövqeyini dəstəkləyir.

Çin əleyhinə “Rusiya kartı” mahiyyətinə görə cəfəng fantaziyadır. Əvvəla, qarşılıqlı düşmənçilik, təhdid və narazılıqlar əsasında Rusiyanı öz tərəfinə çəkmək mümkün deyil. Eyni zamanda, bu ayın sonunda Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə minəcək. İkincisi, ABŞ-ın siyasətində baş verəcək hər hansı müsbət dəyişiklik Moskva tərəfindən ciddi qəbul olunmayacaq. Bunun səbəbi isə keçmişdə verilmiş bir sıra vədlərin yerinə yetirilməməsidir. Bunun əvəzində isə NATO genişləndi və ABM (Ballistik Raketlərə Qarşı Müqavilə) 2002-ci ildə ləğv olundu. Üçüncüsü, ABŞ-la müqayisədə Rusiyanın öz böyük qonşusu ilə yaxşı münasibətlər saxlaması üçün səbəblər var.

Başqa mühüm seçimin – sabit qlobal nizamın ABŞ, Rusiya və Çin “üçlüyü”nün yəni, Tramp-Putin-Xi müqaviləsi əsasında qurulması anlaşılandır. Bu variant ABŞ-ın birqütblü dünya cəhdlərindən, qlobal hegemonluq və başqa ölkələrin təhlükəsizlik maraqlarına toxunmaqdan imtinasını nəzərdə tutur.

Bunun alternativi isə nəyin bahasına olursa-olsun təkqütblü dünyanı qoruyub saxlamaqdır. Trampın seçkiöncəsi nitq və vədlərinə nəzər saldıqda, onun təkqütblü dünya prinsipini dəstəklədiyi görünür. Lakin Tramp neomühafizəkardır, Buş dövrünün qlobalçıları və başqa “Bataqlıq məxluqları”ndan təşkil olunmuş Trampın milli təhlükəsizlik üzrə komandası təkqütblü dünyanı qəbul etmir. 2016-cı il prezident seçkiləri kampaniyasının gedişində Donald Tramp həmin komanda üzvlərini “fəlakətli fəaliyyət”də ittiham etmişdi.

ABŞ indi çətin seçim qarşısındadır. Bu “çətin yol”un hamımız üçün fəlakətlə nəticələnəcəyi aydındır. Yaxud ola bilər ki, “razılaşma əldə etmə incəsənətinin” ustaları sayılan Rusiya və Çin həmkarları ilə görüşərkən, vəziyyətdən çıxmaq üçün müxtəlif yollar təklif edər.

Edvard Lozanski,
Moskvada fəaliyyət göstərən Amerika Universitetinin təsisçisi və prezidenti

Qeyd: “The Washington Times” Amerikanın yeritdiyi siyasətə dair maraqlı mövzularla çıxış edən ABŞ-ın gündəlik qəzetidir. Əsası 17 may 1982-ci ildə Birləşmiş Kilsənin (dini və siyasi baxışlar) rəhbəri San Main Mun (Sun Myung Moon) tərəfindən qoyulub. Birləşmiş Kilsə 1954-cü ildə Koreyada yaradılıb və tərkibində yevangelist xristianları birləşdirir.
“The Washington Times” 2010-cu ilə kimi Birləşmə hərəkatı ilə əməkdaşlıq edən beynəlxalq media korporasiyası olan Dünya Xəbərləri Kommunikasiyası tərəfindən idarə olunub. 2010-cu ildə Mun və keçmiş icraedicilər “The Washington Times”ı alıblar. İndi “The Washington Times” Birləşmə hərəkatının filialı Holdinq Əməliyyatları tərəfindən idarə olunur. Qəzetin gündəlik sayları paytaxt Vaşinqton şəhərində, o cümlədən Merilend (Maryland) və Virciniya (Virginia) ştatlarında paylanır.
“The Washington Times” həftəlik kiçik formatda da nəşr olunaraq, auditoriyaya təqdim olunur. Mühafizəkar mövqeli nəşr kimi tanınan bu qəzet Amerikanın keçmiş prezidenti Barak Obamanın ABŞ-da doğulmadığı və onun gizli müsəlman olması barədə məxfi informasiyaları dərc edib.
Vaşinqton şəhərində Nyu-York prospektində mənzillənən “The Washington Times” 2013-cü ilin noyabr ayına olan məlumata görə, gündəlik 59185 tirajla nəşr olunur. Qəzetin baş redaktoru Kristofer Dolandır (Christopher Dolan).

www.yenicag.az

3079
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv