“Mediada olan eyforiyadan fərqli olaraq, mən Rusiya rəhbərliyində ehtiyatlı optimizm görürəm. Buna səbəblər isə çoxdur. Birincisi mən Donald Trampı Rusiyanın müttəfiqi və ya dostu olması qənaətinə gələnlərə tələsməməyi tövsiyə edərdim. Rusiya artıq birinci Tramp dövründə Trampın bu geri dönüşünü görüb”.
Yenicag.az xəbər verir ki, bu sözləri “X” hesabında rusiyalı araşdırmaçı jurnalist Kamil Qaliyev özünün “X” hesabında yazıb.
Onun sözlərinə görə, eyni zamanda, Rusiya elitası anlayır ki, Ukraynadan Rusiyaya qarşı istifadə edən ABŞ Rusiyadan da Çinə qarşı istifadə etmək istəyir:
“Rusiya isə bu rolu çox ucuz qiymətə oynamaq istəmir, hətta bəlkə də bu rolu bəyənmir. Necə ki, Bayden də Rusiyaya güzəştlər edirdi və onu öz tərəfinə çəkməyə çalışırdı, lakin Putin bu dəyəri artırdı bunun sonu isə Ukrayna müharibəsi oldu. Bəlkə də Tramp Baydendən fərqli olaraq, Çin mövzusunda Rusiyaya daha çox güzəşt edə bilər, amma mən əminəm ki, Tramp bunun qarşılığında Rusiyadan daha çox şey istəyəcək. Bu baxımdan, Rusiya elitası müəyyən addımlardan və baş verənlərdən razı olsa belə, mediadan fərqli olaraq, əslində, narahat olduğu məqamlar çoxdur”.
Avstriya Siyasət məktəbinin nümayəndəsi Velina Tçkarovanın fikrincə isə Rusiya çox yaxşı anlayır ki, Trampın 4 ildən bir az zamanı qalıb:
“Hər an yenidən daha radikal qrup ABŞ-də hakimiyyətə gələ və hər şeyi dəyişə bilər. Doğrudur, ABŞ siyasi elitasında həm demokratların, həm də respublikaçıların yeganə məqsədi məhz Rusiyanı qazanmaq olub. Bunu 2007-də Corc Buş, 2008-2014-də Barak Obama, 2021-də Co Bayden və 2017-də Donald Tramp etməyə çalışıb. Lakin Putin “stavka”nı hər dəfə artırıb. Buna görə də demokratlar Rusiyanı daha da zəiflətmək tapşırığını ortaya qoyublar”.
Analitik bəyan edib ki, Rusiyanı Çinin kiçik tərəfdaşı kimi görənlər yanılırlar:
“Rusiyanın Şimali Koreya, Vyetnam və Hindistanda Çin üçün yaratdığı çətinlikləri, habelə Rusiyanın Çin üçün Arktikaya giriş üçün “vizit kartı” olmasını çox şərhçilər unudurlar. Rusiya istəyəndə Çin üçün başağrısı yarada bilir. Həm ABŞ, həm də Çinə Rusiya lazımdır. Lakin Putin Trampın bütün addımlarına rəğmən, Çindən asanlıqla imtina etməyəcək”.
Rafi Müslümov