!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-Rusiya münasibətlərinin Ukrayna düyünü - “Seçkilər qanunsuzdur”

!Reklam – Yazi

“Ukraynada Rusiya tərəfindən dəstəklənən saxta seçkilər keçirilir”.

Yenicag.az xəbər verir ki, bu sözləri ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hezer Nauret mövzuyla əlaqədar yazılı bir şərhində bildirib.

“ABŞ Donetsk və Luqansk Respublikalarında keçirilən saxta seçkiləri qınayır. Bu bölgələrdə Rusiya Federasiyası hegemonluq etməyə davam etdiyi təqdirdə, həqiqi seçki həyata keçirilməsi təsəvvür edilə bilməz. Bu, Rusiyanın Minsk razılaşmalarındakı öhdəliklərinə tamamilə tərs addımdır” – deyə Nauret qeyd edib.

Ukraynanın şərqindəki seçki prosesində Rusiyanın beynəlxalq norma və qaydaları heçə saydığını iddia edən Nauret etirazını dilə gətirib: “Rusiya tərəfindən yaradılan qondarma xalq respublikalarının Ukrayna Konstitusiyasında heç bir yeri yoxdur”.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Garrett Marquis ötən həftə bildirib ki, Ukraynanın şərqində – Donbas bölgəsində keçirilən referendum heç bir hüquqi əsasa malik deyil.

Qeyd edək ki, Ukraynanın Donbas bölgəsi Rusiya separatçılarının nəzarətindədir. Donetsk və Luqansk bölgələrində rəhbərlik elan edən Rus tərəfdarı separatçılar ilə Ukrayna ordusu arasında qarşıdurmalar 2014-cü ildən davam edir.

www.yenicag.az

2398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv