Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

ABŞ-Rusiya qarşıdurması yeni mərhələdə: “Bu savaşdan kimin qalib çıxacağı...” - Ekspert

Reklam: Sinerji Pro

ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların genişləndirilməsilə bağlı Senatın qəbul etdiyi qanunu imzalayıb.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu məlumatı hazırda Gürcüstanda səfərdə olan ABŞ-ın vitse-prezidenti Mayk Pens elan edib.

Eyni zamanda, Rusiya da ABŞ-a qarşı cavab sanksiyaları tətbiq etmək qərarına gəlib. Bu qərara əsasən, ABŞ-ın Moskvadakı səfriliyində çalışan əməkdaşların 755-i sentyabra qədər Rusiyanı tərk etməlidirlər. Ondan sonra sözügedən səfirlikdə ancaq 455 əməkdaş qalacaq.

Bir sözlə, son olaylar onu deməyə əsas verir ki, Vaşinqtonla Moskva arasında ziddiyyətlər daha kəskin xarakter almağa başlayıb. Bu fonda maraq doğuran əsas sual ABŞ-Rusiya ziddiyyətlərinin nə qədər davam edəcəyi və tərəflərdən hansının kəskinləşən qarşıdurmadan qalib çıxacağıdır. Ümumiyyətlə, bu qarşıdurmanın qalibi olacaqmı?

Məsələ ilə bağlı Yenicag.Az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, ABŞ-la Rusiya qarşıdurmasının qalibi olmayacaq, əksinə, bu rəqabət qlobal təhlükəsizliyə ciddi təhdidlər yarada bilər:

“Bu iki fövqəldövlət arasındakı gərginlik müasir dünyanın qlobal təhlikəsizliyilə bağlı problemlərin həllinə deyil, onun daha yüksələn xətlə artması və beynəlxalq gərginliyin şiddətlənməsinə səbəb olacaq.

Hazırda bu iki ölkə arasındakı münasibətlər “soyuq müharibə” dövründə olduğundan daha çox gərginləşib. Münasibətlərdəki gərginliyin əsas səbəbi isə hər iki tərəfin bir-birinə qarşı iddialarıdır. ABŞ Rusiyanı ayrı-ayrı dövlətlərin daxili işlərinə müdaxilə etməkdə, postsovet məkanını zorla öz təsir dairəsində saxlamaq cəhdində ittiham edir.

Ümumiyyətlə, postsovet məkanında həllini tapmayan konfliktlərə münasibətdə Ağ Evin fərqli yanaşması var. ABŞ problemlərin həmin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayır. Lakin ABŞ bəzi hallarda, Dağlıq Qarabağ probleminin həllinə münasibətdə xalqların öz müqəddəratını təyin etməsi prinsipinin gözlənilməsini də vacib hesab edir.

Bu da onu göstrərir ki, ABŞ da Rusiya kimi dünyada cərəyan edən proseslərə öz maraqları prizmasından yanaşır. Rusiya isə ABŞ-ı zamanında Moskva ilə Vaşinqton arasında əldə olunan razılaşmaları pozmaqda, onu NATO-nu şərqə, postsovet məkanına doğru genişləndirmək cəhdlərində suçlayır. Bu qarşıdurmanın gedişində hər iki tərəf zaman-zaman müəyyən uğurlara imza atdığı kimi, geriyə çəkilməyə də məcbur olublar.

Baltik ölkələrinin NATO-ya üzv olması, Ukraynada Poroşenkonun iqtidara gəlməsi Vaşinqtonun uğurudursa, Donbas, Cənubi Osetiya, Abxaziyada baş verən hadisələr, Krımın ilhaqı Moskvanın uğurudur. Təəssüf ki, Hamburqda Trampla Putin arasında baş tutan görüş də gərginliyin səngiməsinə səbəb olmadı. Hər iki superdövlət öz geosiyasi maraqlarından çıxış edərək zaman və məkan daxilində beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdiriblər.

Bu halda ittihamların getdikcə sərtləşməsi dünyanı yeni fəlakətlərə sürükləyə bilər. Görünən odur ki, tərəflər problemli məsələlərlə bağlı qarşılıqlı əməkdaşlığa hazır deyillər. Buna baxmayaraq, düşünürəm ki, tərəfləri kompromisə gətirə biləcək kifayət qədər ciddi səbəblər də var.

Məhz bu qlobal problemlərin həllinin zəruriliyi tərəfləri qarşılıqlı konstruktiv addımlar atmağa sövq etməlidir. ABŞ da, Rusiya da ciddi hərbi gücə və nüvə silahına malikdir. Ekspertlərin hesablamalarına görə, ABŞ və Rusiya özlərinin nüvə silahı ilə Yer kim 16 planeti məhv etmək gücünə malikdirlər. Bu həm də o deməkdir ki, ABŞ-Rusiya qarşıdurması hərbi müstəviyə keçsə, onlardan heç biri bu toqquşmadan qalib çıxmayacaq.

Tərəflər praqmatizm nümayiş etdirərək, danışıqlar masası arxasına əyləşməsələr, nəinki bu iki fövqəldövlətin taleyi, ümumiyyətlə, qlobal təhlükəsizliyin yəmin olunması ciddi sual altında qalacaq. Düşünürəm ki, Rusiyaya tətbiq edilən sanksiyalardan əziyyət çəkən Avropanın transmilli şirkətləri ABŞ-ın mövqeyini yumşaltmaq üçün müəyyən addımlar ata bilərlər”.

ELÇİN
Yenicag.Az

www.yenicag.az

578
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM