ABŞ-Rusiya TƏHLÜKƏSİZLİK DANIŞIQLARI – Tarix açıqlandı

ABŞ və Rusiya arasında təhlükəsizlik məsələləri üzrə danışıqların tarixi müəyyənləşib.

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarovanın sözlərinə görə, danışıqlar gələn il yanvarən 10-da Cenevrədə baş tutacaq.

Onun sözlərinə əsasən, bu tarixə alternativ variant olmadığı üçün danışıqların məhz həmin gün keçiriləcəyi gözlənilir.

Zaxarova bildirib ki, təhlükəsizliyə təminat üzrə danışıqların gündəliyində NATO-nun şərqə doğru genişlənməməsi və Rusiyaya yaxın ölkələrdə raketlərin yerləşdirilməməsidir.