ABŞ Suriya dövlət başçısı Bəşər Əsədin gələcəyi ilə bağlı fikirlərinin dəyişmədiyini açıqlayıb. Yenicag.az “Anadolu” Xəbər Agentliyinə istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyinin sözcüsü John Kirby bu barədə danışıb.
Əsədin ölkəni qanuni idarəetmə hüququnu itirdiyini bildirən sözcü bu barədə xəbər verən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovu təkzib edib.
Qeyd edək ki, Ryabkov “İnterfax”a verdiyi açıqlamada “Rusiya Əsədin gələcəyi ilə bağlı müzakirənin qəbul edilməz olduğunu düşünürdü. Fəqət Moskvanın mövqeyi Vaşinqtonun mövqe dəyişikliyinə gətirib çıxardı. Suriyadakı mövcud siyasi prosseslər bu sayədə gerçəkləşdi” deyib.
Yenicag.az