!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Rusiyaya növbəti zərbə endirməyə hazırlaşır: Vaşinqton Berlini inandıra biləcək?

!Reklam – Yazi

Birləşmiş Ştatlar Rusiya üçün böyük əhəmiyyət daşıyan “Şimal axını-2” qaz layihəsinin aradan çıxması yönündə qəti hərəkətə keçib.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, ABŞ “Şimal axını-2” üzrə Rusiya ilə əməkdaşlığa meyllənən Almaniyanı bu fikrindən daşındırmaq məqsədi ilə təsir imkanlarını işə salıb.

Vaşinqtonun bununla bağlı mövqeyini ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin rəhbəri Kayron Skinner ifadə edib.

Onun sözlərinə görə, ABŞ Almaniyanın “Şimal axını-2” ilə bağlı arqumentlərini anlayışla qarşılasa da, öz əks arqumentlərini irəli sürür:
“Biz ölkələrə təklif edirik ki, öz milli maraqlarını ön planda saxlasınlar. Ancaq bu, o demək deyil ki, biz öz müttəfiqlərimizin fikirlərini dəyişməyə və maraqlarını ümumi çağırışlara uyğunlaşdırmalarına cəhd etməyəcəyik”.

www.yenicag.az

5510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv