ABŞ Rusiyaya qarşı sanksiyaları daha da gücləndirəcək

ABŞ Rusiyaya qarşı sanksiyaları daha da genişləndirə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının direktor müavini Dulip Sinqx “CBS News” telekanalına bildirib.

Onun sözlərinə görə, sanksiyalar “Rusiya iqtisadiyyatının strateji əhəmiyyətli sahələrinə” təsir edə bilər.

“Bu, əsasən neft və qaza aiddir, lakin başqa sektorlar da var”, – deyə o qeyd edib.

COP29