ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, “CAATSA” qanunu çərçivəsində 18 Rusiya vətəndaşı, “FAN” xəbərlər agentliyi, “İqtisadiyyat bu gün” MMC, “Neva xəbərləri” MMC və “usareally.com” resursu sanksiyalar sırasına daxil edilib.
Bundan əlavə, Qərbdə Skripalların zəhərlənməsində şübhəli sayılan Anatoliy Çepiqa və Aleksandr Mişkin sanksiyalar siyahısına daxil ediliblər.
“Qara siyahıya” həmçinin Project Lakhta şirkətinin əməkdaşı Yelena Xüsəynova da düşüb./Trend/