ABŞ Rusiyaya qarşı sanksiyaları götürməyəcək – Vaşinqtonun Krım şərti

Birləşmiş Ştatlar Krımı tərk etməyəcəyi təqdirdə Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaları qüvvədə saxlayacaq.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Sin Spayserin açıqlamasında qeyd olunub:

“Bu sanksiyalar iki zərfdən ibarətdir. Onlardan biri Krımın işğal edilməsi səbəbindən tətbiq olunub. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi bu məsələyə dair konkret mövqeyimizi ifadə edərək, Krımın işğalına son qoyulmayacağı təqdirdə, Rusiyaya qarşı sanksiyaların ləğv olunmayacağını diqqətə çatdırıb”.

Bununla belə, Spayser bu sanksiyaların yalnız Konqresin qərarı ilə götürülməsini nəzərdə tutan qanun layihəsi haqqında danışmaqdan yayınıb.

Məsələyə münasibət bildirən Rusiya Federasiya Şurası Beynəlxalq Komitəsinin sədri Konstantin Kosaçev həmin qanun layihəsinin siyasi məqsədlərlə hazırlandığını deyib. Onun sözlərinə görə, həmin layihənin müəllifləri Moskva ilə Vaşinqton arasındakı münasibətlərin normallaşmasının gətirəcəyi faydanı nəzərə almırlar.

Yeniçağ.Az