ABŞ administrasiyası “Skripal cinayəti” ilə bağlı olaraq Rusiyaya qarşı sanksiyaların ikinci hissəsini tətbiq etmək niyyətindədir.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi deyib.
“Biz sanksiyalarla bağlı qərarlar haqqında öncədən danışmaq istəmirik. Lakin qanunvericiliyin tələblərini icra etmək niyyətindəyik” — deyə Dövlət Departamentinin rəsmisi bildirilib.